Steemit'ə xoş gəldim.

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam, Steemit Azərbaijan ailəsi. Bu platformaya qoşulmaq, Steemit Azərbaijan topluluğunun üzvü olmaq və ilk postumu sizlərlə paylaşmaq olduqca maraqlıdır. Qarşımızda uzun bir yol var və bu yolda sizlərlə birgə addımlamaq bizlər üçün yaradılmış böyük bir şansdır. Bu arada Steemit Azerbaijana qoşulmaqda mənə dəyərli dostum @aybenizmemmedova köməklik edib. Buradan ona çoxlu təşəkkürlərimi bildirirəm. Steemit Azerbaijanın yaratdığı yeni Steemit Student platformasına da qoşularaq tələbələr üçün yaradılmış olduqca faydalı və maraqlı olan bu fürsətdən bir tələbə olaraq mən də yararlanmağı düşünürəm.Qoşulduqdan sonra paylaşımlara baxaraq burdaki üzvlərlə az-çox tanış olmuşam demək olar ki, indi gəlin siz də mənimlə tanış olun. Mən Dursunov Urfan. Ölkəmizin gözəl guşələrindən, qışda dağlarının qarı, yayda yaşıllıqların içindən axan şəlalənin sərinliyindən keçilməyən Oğuz rayonundanam. İndi paytaxt Bakıda olduğum üçün sizi Oğuzla rayona gedəndə tanış edərəm.
20210722_153654.jpg
Azərbaycan Dövlət Neft Sənaye Univerisitetində Kimya mühəndisliyi ixtisasında təhsil alıram. İkinci kursda oxuyub, birinci ili online başa vuranlardanam. Ancaq mən bir çox tələbədən fərqli olaraq ənənəvi formaya qayıtmaq istəyənlərdənəm.
IMG-20211108-WA0077.jpg
Keçən il demək olar ki, bütün əlaqələrim onlayn oldu, bu da heç yaxşı nəticələrlə bitmədi təbii ki. Virtualda hamı ilə əlaqə yaratmaq asan, hisləri daha yaxşı izah etmək olsa da bu heç də yaxşı əlamət deyil. Çünki canlı söhbətin nəə qədər vacib olduğunu öyrəndim. Tələbəçilik də elə bildiyiniz kimi keçir imtahanlar başlıyıb ama oxumağa başlamamışam hələ 😆. Özüm haqda çox danışmıyım, növbəti postlarımda özünüz nəticə çıxararsız necə biriyəm deyə bu həm də insanları analiz etməyinizi inkişaf etdirər. Mənim haqda sizə nəsə maraqlı olsa bildirin növbəti postumda doyunca danışım 😄
Hələlik sağolun, gününüz uğurlu olsun.
Növbəti postlarda görüşənədək.

Sort:  
 3 years ago 

Xoş gəldin, Urfan🥳

 3 years ago 

Çox sağolun Nərgiz xanım😅. Sizə də uğurlar 👍

 3 years ago 

Steemit ailəsinə xoş gəldiniz.

 3 years ago 

Çox sağolun təşəkkürlər. ☺

 3 years ago 

Xoş gəlmisiniz.

 3 years ago 

Çox sağolun təşəkkür edirəm ☺

 3 years ago 

xoş gəldiin 💃🤝

 3 years ago 

Çox sağol balaca 😅💃

 3 years ago 

😂🤗

 3 years ago 

Xoş gəlmisiniz .Məndə eyni sizi kimi tələbəyəm əyani təhsili səbirsizliklə gözləyirəm. Inşallah bütün tələbələrimiz bu proqramdan yararlanar. Bizlərə dəstək olan hər kəsə təşəkkür edirəm

 3 years ago 

Çox sağolun təşəkkürlər. Hamıya uğurlar bu platformada 👍