Yenə eyni səhnə...

in #steemexclusive3 years ago

Salam dəyərli dostlar.
Bu gün səhər tezdən yaxşı əhval-ruhiyyə ilə oyanıb işə yollandım.Evdən çıxarkən bu gün nə barədə post yazacagımı düşünürdüm.Demək olar ki,bir qərara da gəldim.Fikirləşdim gəlib işdə yazaram.Amma yolda....Neçə deyərlər:"Sən saydığını say, gör fələk nə sayır."
Yol boyu rahat-rahat,105.5 radiosun dinləyə-dinləyə xoş əhvalla gəlirdim....ta Xırdalan qəbiristanlığına çatana kimi.
Həəə.Əsl bayram da elə bundan sonra başladı.

IMG_20211026_093654.jpg

Yol boyu normal sürətlə gəldiyim yerdə burdan sonra başladım iməkləməyə.Addım-addım...

IMG_20211026_102048.jpg

Hələ bu azmış kimi avtovağzala çata-çatda az qala bir avtobus dırmaşsın belimə.
Bundan sonra adamda "nastroyeniye"qalar?20 dəqiqəlik yolum uzandı 1saata.
Bir sözlə işə də gecikdim.Düzdü, bir az gecikməyin bir problemi yoxdur.
Mənə təəccüblü gələn odur ki,bizim bu sürücülər bir az yağış yağan kimi niyə düşür təkərə?Boş yolda maşını sürə bilmirlər.Bir sözlə -oyrənəsi hələ çox şeyimiz var.Allah hamıya səbir versin.