Ziqmund Freyd
Salam dəyərli dostlar.
Bu gün getmişəm qaynanam gilə, uşaqları götürməyə.Televizorda Elməddinin apardığı bir veriliş gedirdi.Düzun deyim,verilişin heç adı da yadıma qalmayıb.Əsas bu deyil.Əsas qonaqlardır.Əslində heç qonaqlar da deyil.Sadəcə qonaqlardan biri bu məqaləni yazmağıma səbəb oldu.3 qonağı var idi.Tanıdiqlarımdan bir Namiq Qaraçuxurlu idi, ikincisi bir qadın psixoloq idi, üçüncü heç bilmədim kimdi.Elə bu qadın psixoloq studiyaya girər-girməz nə barədə yazacığıma qərar verdim.
Avstriyalı psixoanalitik,nevroloq,müasir psixoanalizin banisi-Ziqmund Freyd haqqında,hansının ki,ideyaları hələ də elmi dairələrdə fikir ayrılıqlarına səbəb olur.
Ziqmund 1856-cı ildə mayın 6-da o zaman Avstriya ərazi olan Frayberq şəhərində(indiki Prşibor,Çexiya)anadan olub.Ailənin 8 uşağından 3-sü olub.
Uşaq yaşlarından istedadı ilə seçilirdi. Oxumağa böyük həvəsi olduğundan ailədə həmişə dəstəklənirdi.Ədəbiyyata,fəlsəfəyə,xarici dillərə böyük həvəsi var idi.Öz yaşına uyğun olmayan ədəbiyyatla maraqlanırdı-Sekspir,Kant,Qeqel,Şopenqauer,Nitsşe.Alman dilin əla bilirdi,latin dili ilə maraqlanırdı. Yunan,fransız,ingilis,ispan,italyan dillərində də orta səviyyədə danışırdı.Evdə aldığı təhsil ona oxuduğu gimnaziyanın əla qiymətlərlə bitirməyə kömək etdi.
Gimnaziyanın bitirdikdən sonra bir müddət gələcəkdə nə işlə məşğul olmaq istədiyi barədə düşünürdü.O yahudi ailəsindən olduğundan,o zamankı haqsizliga görə,ayrıseçkiliyə görə seçim o qədərdə geniş deyildi.Ya tibb,ya hüquq,ya ticarət ya da istehsalat.Son qərarını bir dəfə Qötenin leksiyalarından birində iştirak edərkən verdi.Təbabətə böyük həvəsi olmasa da tibbi seçdi.1873-cü ildə 17 yaşında Vena universitetində tibb fakültəsinə daxil olur.
O zamanın məhşur fizioloqu və psixoloqu Ernst fon Brükkenin leksiyaları Freydin gələcək peşəsini qərarlaşdirmaga kömək etdi.Sonralar Bruqqenin idarəçiliyi altında bir çox elmi məqalələr yazır.
1881-ildə universiteti bitirib,öz müəlliminin yanında qalıb işləməyi qərar verir.Amma müəllimi onun maddi vəziyyəti yaxşı olmadığını bilərək,onu bu fikirdən daşındırır və tibbi praktika ilə məşğul olmağı tövsiyyə edir.Elə həmin ili də Freyd yahudi mənşəli,imkanlı ailədən olan gələcək həyat yoldaşı Marta Bernaysla tanış olur.
İlk vaxtlarda Freyd Vena şəhər xəstəxanasında nevropatoloq kimi işləməyə başlayır və bu sahədə böyük nailiyyətlər qazanır.Bir neçə elmi məqalə yazır,elmi dairələrdə tanınmağa başlayır.
3 ildən sonra psixiatriya şöbəsinə keçmək qərar verir.Burda işlədiyi müddət bir çox elmi işlərin müəllifi olur.
1884-cü ildə bir alman həkiminin kokain adlı preparatın sınaqları barəsində məqaləsinə rast gəlir.Burda kokainin guclü ağrıkəsici və dözümlülüyü artırma xüsusiyyətlərindən yazılır.Bu məqalə Freydin diqqətini çox çəkir və o,bu preparatı öz üzərində sınaqdan keçirtmək istəyir.İlk nəticələr mükəmməl olur.Xeyli məqalələr yazılır.Sonralar bir çox yerdən bu preparatın asılılıq yaratdığı məlumatı gəlir.Bu zaman artıq Freyd özü də asılı vəziyyətə düşmüşdü,tam 1900-cu ilə dək.
1895-ci ildə Freyd səlahiyyətli dostlarının köməyi ilə Parisə tanınmış fransız psixiatrı Jan Şarkının yanında işləməyə gedir.Burda o qipnozun əsasların örgənir.Bir müddətdən sonra isə özünün yeni "Sərbəst təsvirlər metodikasın"yaratdı.
Bu üsulun nəticəsi olaraq "İsteriyanın araşdırilması" kitabı yazıldı.
Bu kitabın yazılmasnı bir çox insan psixoanalizin doğuluşu kimi qəbul edir.
O zamanlar Freyd isteriyanın yaranma səb
əbini seksuallığla bağlı olduğu fikirləri bir çox alimlərin mənfi reaksiyasına və ondan üz döndərməsinə səbəb oldu.Həmin ərəfədə atasının da ölümü onda nevrozun ilk simptomlarının əmələ gəlməsinə səbəb oldu.Buna görədə o elə öz metodikasının öz üzərinə tədbiq etmək qərarını verdi.Bunun nəticəsi olaraq Freydin insan psixikası nəzəriyyəsində iki fundamental kəşfi ortaya çıxdı: Yuxuların rolu və Edip kompleksi.İki il bunun üzərində işləyərək 1900-cu ildə "Yuxu yozumları" kitabı işıq üzü gördü.Bu kitab Freydin ən vacib kitablarından olub.
Bundan sonra da bir çox elmi işləri olub
1901-"Adı həyatın psixopatologiyası".
1905-"Seksuallıq nəzəriyyəsindən üç oçerk".
1913-"Totem və tabu".
1916-"Qəm və melanxoliya".
1921-"Kütlə psixologiyası və insan "Mən"-i analizi"
1923-"Mən və O".
1927-"Bir illüziyanin gələcəyi".
Birinci dünya müharibəsi başlayanda Vena şəhəri çökdü.Alimin maddi vəziyyəti pisləşirdi.Bunun nəticəsi olaraq depressiya inkişaf etməyə başlayırdı.
1923-cu ildəFreyddə damaq onkologiyası aşkar olunur.Bir çox əməliyyatlardan sonra onun üst çənəsinin bir hissəsini kəsib çıxartmalı olurlar.
Freyd normal danışmaq qabiliyyətini itirir.
1930-cu ildə elmə və ədəbiyyata verdiyi tovhələrə görə Qöte mükafatını alır.
1938-cı ildə yahudilərin sıxışdırılmasına görə Venani tərk edir.
1939-cu ildə xəstəliyi sürətli şəkildə inkişaf etdiyinə görə öz müalicə həkimindən onun həyatına son qoymağı xaiş edir.Ölümcul doza morfindən sonra 23 sentyabr 1939-cu ildə müasir psixoanalizin atası sayılan Ziqmund Freyd dünyasın dəyişir.
Dəyərli dostlar bu məqaləni yazmağıma xeyli vaxtımı apardı.Gorkəmli alimin həyatı barəsində oxuduqca xeyli məlumat əldə elədim.
Bir ədəd şeyi yenidən kəşf elədim ki,həyatda nəyə sə nail olmaq istəyirsənsə gərək dayanmadan, addım-addım məqsədinə doğru gedəsən.
Hamınıza arzularınıza,məqsədlərinizə çatmaq arzu edirəm.