Günlük həyat və maraqlı söhbət
Günlük həyat və maraqlı söhbət
Salam əziz oxuyucular. Bugün də Sizlər üçün biri-birindən maraqlı olan mövzulardan söhbət açmaq üçün paylaşıma başlayıram. Bugünkü mövzumuzun nə olması haqqında biraz düşündüm. Nəhayət paylaşım haqqında qərar verdim. Bugünkü paylaşımımı isə insanların günlük yaşam tərzindən paylaşım etməyi planlaşdırdım. İnsanlar gün ərzində nələr edir? günə necə başlayır? hər kəsin xəyalında olan və ümumi hammını düşündürən problemlərin izahını verməyə çalışdım. Hər nə qədər başarılı oldum bilə bilmərəm amma əlimdən gələni etməyə çalışdım. İnsanların günlük yaşamına təsir edən amilləri də nəzərə alaraq söhbətimizə başlayaq. Hər kəsin həyatda yaşamaq və sağlam yaşamaq hüquqları vardır. Hər kəs də.bu hüququndan istifadə etməyə çalışır. Bəzi insanlar isə yaşamaqdan zövq almırlar. Belə insanlar həyatdan bezir və özünq öldürmə kimi axır seçimi edirlər. Günün gözəlliyi onu necə və nə cür başlamamızdan çox aslıdır. İnsanların xüsusən də
Azərbaycanlıların yaşam tərzində bədbin həyat spesifik xüsusiyyətləri daha üstünlük təşkil edir. İnsanlar niyəsə xoşbəxt ola bilmirlər və bunun üçün nə isə etmirlər. Amma xaricdə insanlar psixaloqlara gedir, kişisel gelişim uzmanlarından məsləhətlər alırlar və həyara tutunmağa çalışırlar. Bizim ölkədə isə psixoloqlarıb varlığını görməzdən gələn böyük bir kütlə mövcuddur. Bu kütlə öz mənfi xüsusiyyətlərini ətrafındakı insanlara da aşılayaraq onların da inamsızlaşmasına və beləliklə psixaloqlardan uzaq bir cəmiyyətin formalaşmasına gətirib çıxarır. Düşüncə azadlığı əslində bir qədər mənfi təsirlərə gətirib çıxarır. Belə ki, düşüncələri kor edən insanlar öz fikirləri ilə bu halı yayırlar və xoşbəxt olmayan bir cəmiyyətin formalaşmasında həddən artıq köməklik edirlər. Əslində isə insanlar xoşbəxt olarsalar onların həyatları və işləri daha uğurlu olar. Başladıqları bütün işlər müsbət ilə nəticələnər və ən nəhayətində başlamağa da başlayarlar. Ümumi həyatın insan üzərində etdiyi təsirlər qaçınılmazdır. Hər ötən günə təəssüflə yanaşmaq çox gərəksiz olan bir düşüncə tərzidir. Belə ki, köhnəni geri qaytarmaq prosesi ümumiyyətlə mümkün olan bir proses deyil. Onun üçün də keçmişə taxıntılı olan insanlar həmişə daha çox əzab çəkirlər və daha çox boş düşüncələrə dalırlar. Lakin keçmişin geri gəlməyəcəyini anlamaq və fərqində olmaq lazımdır. Qaytarılamayacaq keçmiş üçün bugünü və gələcəyi məhf etmək absurd düşüncə tərzidir. Ümumən absurd yanaşmadır deyə bilərəm. Bugünü yaşamaq daha gözəldir. Çünki bugün öz əlimizdədir. Heç kəs bugünümüzü bizim icazəmiz olmaz isə ala bilməz. Bugün bizə aid olan və yaşamalı olduğumuz, istədiyimiz kimi yaşamalı olduğumuz bir gündür. Həyatın hər anı gözəldir. Lakin bugünü heç bir an əvəz edə bilməz. Çünki bugün dünən üçün gələcək, sabah üçün isə keçmişdir. Bugün yalnız bugün üçün bugündür. Onun üçün də təkrarı olmayan bir günü gözəl yaşamaq, mənalı yaşamaq çox özəl və gözəldir. Düşüncələr insanı hər şeyə vadar edə bilər. Lakin onu da bir senzuraya tabe tutmaq lazımdır. Düşüncələrimiz ancaq bizi xoşbəxt edəcək fikirlərə xidmət etməlidir. Hər anın dadını çıxarmaq çox gözəldir. Halal olsun bunu edə bilən insanlara. Axtarış etdiyimiz zaman bilgili və alimi-ürfan insanların da bizlər üçün miras qoyduğu kəlamlar məhz bu yöndədir. Axtarın Fizulinin, Nizaminin və digər onlarla yazıçı, alim, şair və önəmli insanlarımızı. Hamısının sözlərində yaxşılıq, sağlıq və xoşbəxtlik haqqında incəliklər, gözəlliklər vardır. Əslində həyatda ümümi götrəndə hərşeyin əsasında oxumaq və çalışmaq durur, başqa sözlə bilgilər almaq. Əgər çoxlu oxusaq əsərlərdən, kitablardan bu zaman daha bilgili bir insan olarıq. Bu isə bizim üstün bir zəkalı insan olmağımıza gətirib çıxarır. Zəkalı olmağımız isə bizim daha yaxşı düşünməmizə və doğru qərarlar verməyimizə gətirib çıxarır. Hər insan doğru düşünə və doğru qərar verə bilmir. Hər nə qədər ətrafınızdakı kəslərdən nəyin üstündü ki onlar edə bilmədiklərin sən mi edəcəksən desələr də bu belə deyil. Həyatda nəyin və ya kimin necə olacağını heç kim təsəvvür edə bilməz. Unutmayaq ki, bir zamanlar təyyarənin, internetin də yaranmasına şübhələr ilə yanaşılmış və olacağına inanmırmışlar. Amma bir bugünü düşünək görək necədir. Təyyarəsiz və internetsiz dünyanı təsəvvür etmək olar mı. Bugün minlərlə insanın çörək qazanmasının səbəbidir internet. Eyni ilə də mənim həyatımda internetin və ümumən müasir kommunikasiyaların rolu çox böyükdür. Həyat tərzimiz və günlük həyatımızı gözəlləşdirmək üçün oxumaq və çalışmağı unutmaq olmaz. Daha çox oxu daha çox bilgili ol, daha çox çalış daha çox xoşbəxt və varlıqlı həyatın olsun.
Posted from my blog with SteemPress : https://sizinblog.000webhostapp.com/2018/10/08/gunluk-h%c9%99yat-v%c9%99-maraqli-sohb%c9%99t/
Congratulations @sizinblog ! You received a 11% upvote from @kryptoniabot & @kryptonia for your task of 502 SUP Today.
Remember to receive votes from @kryptoniabot
Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.
Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP
Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.
Congratulations @sizinblog! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :
Award for the number of posts published
You published a post every day of the week
Click on the badge to view your Board of Honor.
If you no longer want to receive notifications, reply to this comment with the word
STOP
Do not miss the last post from @steemitboard: